Kin səbəbindən valideynlərini öldürdü - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

# 11:30
12 aprel 2022

Rusiyada 34 yaşlı şəxs valideynlərini öldürərək meyitlərini evdə gizlədib.

 

APA TV xəbər verir ki, hadisə Rusiyanın Engels şəhərində baş verib. Belə ki, valideynlərinə qarşı uzun müddət kin bəsləyən 34 yaşlı şəxs yatmış 56 yaşlı atasının başına çəkiclə çoxsaylı zərbələr endirərək onu öldürüb. Daha sonra analoji üsulla 57 yaşlı anasını öldürüb.

 

Cinayətin izlərini gizlətmək üçün o, valideynlərinin cəsədlərini evin artırma hissəsində gizlədib.

 

Həyatını itirənlərdən uzun müddət xəbər tuta bilməyən yaxın qohumları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Uzun axtarışlardan sonra həlak olanların meyitləri tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR