Kişi arvadını öldürdü, qohumunu yaraladı

# 15:58
9 fevral 2022

Yevlaxda qətl hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə Yevlaxın Hacıselli kəndində qeydə alınıb. Kənd sakini Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızına odlu silahdan atəş açıb. Qadın yerindəcə keçinib. Kənd sakinlərinin dediyinə görə, hadisənin səbəbi hələlik məlum deyil.


Həyat yoldaşını qətlə yetirən Mehdi Qarayev, həmçinin qonşuluqda yaşayan və qohumluq əlaqəsi olan, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğluna atəş açaraq onu yaralayıb. Zirəddin Qarayev xəstəxanaya yerləşdirilib.

Mehdi Qarayev saxlanılıb.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.

Məlumata görə, Mehdi Qarayev bir il əvvəl həyat yoldaşına balta ilə ağır xəsarətlər yetirib. O, bu əməli törətdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, bir müddətdən sonra azadlığa çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR