Tehran dövləti Azərbaycanda məscidlərə öz adamlarını yerləşdirməyə çalışır

# 17:48
6 aprel 2023

“Azərbaycanda İranın hakim dairələrinin əli ilə həyata keçirilir və bu xətt Azərbaycanda İranın “5-ci kolon”unu yaratmağa yönəlibdir ki, bu müxtəlif sahələrdə olduğu kimi din sahəsində də buna müstəqilliyi bərpa etdikdən sonra cəhdlər edilib və bu istiqamətdə həmin cəhdlər Azərbaycanın müstəqillik illərindəki yaranmış olan Ermənistanın Azərbaycana təcavüzü, məcburi köçkünlük və s.-dən sui-istifadə edərək, buraya müdaxilələr edir, burada özünün altyapısını yaratmağa cəhdlər edib ki, müəyyən qisimdə bu işləri həyata keçirə bilib. İranda hazırda hakimiyyətin həyata keçirdiyi bu anti-Azərbaycan əməllər hesab edirəm ki, bumeranq olaraq, onun özünə qayıdacaq. Onun özü bundan çox ciddi ziyan çəkə bilər. Həm də bizim səfirliyimizə törədilən terror aktı, eyni zamanda millət vəkili Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, eyni zamanda Azərbaycanda hüquq-mühafizə orqanlarının, xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaqın nəticələri göstərir ki, burada müxtəlif sahələrdən adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və bunun bir qismini isə din adı altında etməyə cəhd ediblər ki, bunu din adı altında edərkən burada məscidlərə öz adamlarını yerləşdirməyə çalışıblar. Bunun qarşısını almaq üçün dini komitə kifayət qədər məqsədyönlü şəkildə bu məsələni həll edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR