Kişi arvadını öz avtomobilində amansızcasına öldürdü
Goranboyda 47 yaşlı qadın amansızcasına qətlə yetirilib. Hadisə bu gün günorta saatlarında rayonun Baxçakürd kəndi ərazisində əkin sahəsinin yaxınlığında qeydə alınıb. Qətlin şəxsi münasibətlər-qısqanclıq zəminində baş verdiyi bildirilir.
Atəş Ələkbərov Sevinc Məmmədovanı Niva markalı avtomobilində bıçaqlayıb. Qətlə yetirilən qadın uzun illərdir ki, Atəş Ələkbərovla qeyri-rəsmi nikahda olub. Onların bir övladı da var. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Atəş Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu