Kiyevə doğru 64 kilometirlik hərbi karvan gəlir
Rusiyanın uzunluğu 65 kilometrə çatan hərbi karvanı Kiyev istiqamətində irəliləməyə başlayıb.
APA TV xəbər verir ki, bu barədə Röyters agentliyi ABŞ-ın “Maxar” peyk şirkətinin görüntülərinə istinadən məlumat yayıb. Bildirilir ki, buna qədər hərbi karvan Kiyevdən 60 kilometr məsafədə mövqe tutmuşdu. Hərbi karvanda hava hücumundan müdafiə sistemləri, ağır silahlar və çox sayda hərbçi var. Məlumata görə, Ukrayna hərbçiləri hərbi karvana müdaxilə etmək üçün müxtəlif yerlərdə pusqular hazırlayıb.
Xarici KİV-lərdə “Putinin ölüm karvanı” kimi təqdim edilən hərbi karvanın yaxın saatlarda Kiyev ətrafına çatacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu