Klinton: Təəssüf edirəm ki, Ukraynanı nüvə silahından imtinaya razılaşdırdım
1990-cı illərdə Ukraynanın nüvə silahının alınmasındakı roluma görə təəssüflənirəm.
Bunu ABŞ-ın keçmiş prezidenti Bill Klinton deyib.
"Şəxsən mən özümü bu işə qarışmış kimi hiss edirəm, çünki Ukraynanı nüvə silahından imtina etməyə razılaşdırdım. Onlar inanırlar ki, əgər Ukrayna hələ də nüvə silahlarına malik olsaydı, Rusiya işğala qadir olmazdı.
Ukraynalılar nüvə silahını verməkdən qorxurdular, çünki düşünürdülər ki, onları ekspansionist Rusiyadan qoruyan yeganə vasitə budur. Putin əlinə fürsət düşəndə razılaşmanı pozdu və əvvəlcə Krımı ələ keçirdi. Buna görə özümü dəhşətli hiss edirəm, çünki Ukrayna çox vacib ölkədir”, - Klinton bildirib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi