Köçəryan namizəd olacaqmı? - PAŞİNYANIN RƏQİBLƏRİ YOXA ÇIXIR
Ermənistanın keçmiş prezidenti, “Hayastan” müxalifət blokunun rəhbəri Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək. Bu barədə “Hayastan” fraksiyasından olan deputat Aqnessa Xamoyan deyib. Bildirilib ki, Paşinyanın komandasına ən yaxşı rəqib kimi Köçəryan göstərilsə də o, yenidən prezident seçilmək istəmir. Deputat Aqnessa Xamoyan “5-ci kanal”ın efirində deyib ki, hətta parlamentdə keçirilən brifinqlərdə də blokun nümayəndələri bu məsələ ilə bağlı müzakirələrin aparılmadığını, müvafiq qərarın verilmədiyini bildiriblər.
O əlavə edib ki, bəzi KİV-lər manipulyasiya xarakterli “Haystan” bloku guya Köçəryanın namizədliyini irəli sürməyəcək başlıqlarla yazılar dərc etdilər. Mövzu şişirdildiyi üçün bir daha deyirəm ki, Robert Köçəryan prezidentliyə namizəd olmayacaq, - Xamoyan deyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu