Konsul: "Türkiyəyə ilk dəstək verən ölkə Azərbaycan oldu"

# 19:22
7 fevral 2023

Gəncədə qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb.

 

Anım tədbiri Türkiyənin Gəncədəki Baş konsulluğunda baş tutub. Konsulluqda zəlzələ qurbanlarının xatirəsinə guşə yaradılıb.

 

Türkiyənin Gəncədəki Baş Konsullu Recep Öztop zəlzələnin Türkiyədə təxminən 13 milyon əhalinin yaşadığı bir bölgəni əhatə etdiyini qeyd edərək, Türkiyəyə ilk dəstək verən ölkənin Azərbaycan olduğunu vurğulayıb:

"Azərbaycan dövləti tez bir zamanda Türkiyəyə dəstək oldu və bu dəstək davam edir. Azərbaycan xalqı da ürəkdən öz dəstəyini ifadə edir, Türkiyənin acısını bölüşür. Bununla Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi göstərilir. Buna görə Azərbaycan dövlətinə, xalqına təşəkkür edirəm. Bu cür fəlakətlər yaşandığı zaman belə birliyə çox böyük ehtiyac var. İnşallah, belə fəlakətlər bir daha yaşanmaz”.

 

Zəlzələdən zərər çəkənlərə humanitar yardımlarla bağlı müraciətlərə münasibət bildirən konsul qeyd edib ki, yardımlarla bağlı məsələləri Türkiyə AFAD-ın koordinatorluğu ilə edir. Diplomat yardım etmək istəyənlər üçün hesab nömrələrinin mövcud olduğunu, sosial media hesablarında da bununla bağlı paylaşımlar olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR