“Koroğlu”da polis vətəndaşları niyə yoxlayıb?
Bu gün səhər saatlarında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək, bort-kompüter vasitəsilə yoxlayıb.
Yoxlamanın hansı məqsədlə aparılması üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətindən bildirildi ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu