Koronavirusdan ölənlərin və yoluxanların sayı azaldı - STATİSTİKA
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2206 yeni yoluxma faktı qeydə alınıb, 1578 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 281387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247459 nəfər müalicə olunaraq sağalıb, 3846 nəfər vəfat edib, aktiv xəstə sayı 30082 nəfərdir.
Ölkədə son sutka ərzində 12692, hazırkı dövrədək isə 2990285 test aparılıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik