Kraliça II Elizabetin dəfn mərasimi keçirilir

# 18:18
19 sentyabr 2022

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi keçirilir.

 

APA TV-nin Britaniya bürosu xəbər verir ki, “Westminster Abbey” kilsəsində keçirilən dəfn mərasimi Britaniya saatı ilə saat 11:00-da başlayıb.

 

Britaniyanın yeni kralı Çarlz başda olmaqla, ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, Kanadanın Baş naziri Castin Trudo və bir çox ölkənin liderləri dəfn mərasiminə qatılıb.

 

Kilsədə keçirilən mərasimdən sonra kraliçanın cənazəsi kral ailəsinin üzvlərinin də iştirak etdiyi yürüşlə “Wellington Arch”a daşınıb. Daha sonra isə cənazə Vindzor şəhərinə aparılacaq, Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında, Vindzorda torpağa tapşırılacaq.

 

Qeyd edək ki, yürüşü izləmək üçün minlərlə insan bir neçə saat əvvəldən London küçələrində toplanmağa başlayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR