Kristal Abşeronda yanğın baş verdi

# 05:25
16 avqust 2022

Abşeron rayonu Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" binasında tüstülənmə baş verib. Hadisə 18 nömrəli binadakı qarajda quraşdırılan elektrik lövhəsində qeydə alınıb.Paylayıcı şəbəkədən çıxan tüstü liftin şaxtasına doğru irəliləyib.Təhlükəsizlik məqsədi ilə binaya verilən elektirik enerjisi dayandırılıb. Və binada olam sakinlər təxliyyə edilib. Bina komendatı bildirib ki, yanğına səbəb elektrik naqillərinin qısa qapanması olub. Tüstülənmənin qarşısı alındıqdan sonra binaya elektrik enerjisinin verilişi bərpa edilib. Qeyd edək ki, hadisə sosial şəbəkələrdə və kütləvi infomasiya vasitələrində binada mənzilin partlayışı kimi tirajlanmışdı .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR