Kuleba-Lavrov görüşünü 200 jurnalist işıqlandıracaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə Antalyada görüşüb.
APA TV xəbər verir ki, bu barədə Çavuşoğlu "Twitter"də bildirib.
Yeri gəlmişkən qeyd edək ki, bu gün Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında üçtərəfli görüş keçiriləcək.
İlkin məlumata əsasən, görüşü işıqlandırmaq üçün təxminən 200-dək jurnalist akkreditasiyadan keçib.
“APA Group”un Türkiyədəki əməkdaşı Tural Əsədi də akkreditasiyadan keçən jurnalistlərin arasındadır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu