Soğanın qiyməti pik həddə çatdı: Qadağa qoyulacaqmı?

# 10:00
25 fevral 2023

Dünyada yaranan iqtisadi çətinliklər Azərbaycan bazarından da yan ötmür.

Yerli bazarda soğanın qiyməti son 5 ildə pik həddə çatıb. Belə ki, Azərbaycan bazarları və pərakəndə satış məntəqələrində soğanın qiyməti keyfiyyətindən asılı olaraq, əsasən, 1 manat 20 qəpik-1 manat 50 qəpik arasında təklif edilir. Halbuki bir həftə öncə bu qiymət 80 qəpik-1 manat arasında dəyişirdi. Bəs bu artımın səbəbi nədir?

Satıcılar düşünür ki, Azərbaycan soğan ixracını dayandırsa, ölkəmizdə tələbatı ödəyəcək qədər soğan ehtiyatı yaranar.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Eldəniz Əmirov bildirib ki, ölkədə məhsul ixracının məhdudlaşdırılması, həmin məhsulun qıtlığı ilə bağlı deyil, sadəcə preventiv xarakterli tədbirlərdir.

 

İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, Azərbaycan yerli istehsal hesabına soğana olan tələbatı tam ödəyə bilir. 

Onun sözlərinə görə, fəsillə əlaqədar yeni məhsulun yığılması ərəfəsində qiymət artımı müşahidə olunur. Qışda da soğan becərilmədiyi üçün sahibkarlar yığılan soğanı anbarlarda saxlayır və bu halda müəyyən xərclərlə üzləşirlər.

 

İqtisadçının sözlərinə görə, ümumiyyətlə bütün ərzaq məhsullarının son bir neçə ildə istehsal xərcləri artıb.

 

Ekspert qiymət artımının qarşısını almaq üçün soğan ixracına məhdudiyyət qoyulması fikrini düzgün hesab etmədiyini söylədi.  

 

Onun fikrincə, bu addım bazarların işləmə prinsipinin pozulmasına gətirib çıxarar.

Hazırda isə ölkədə soğan qıtlığı müşahidə edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR