Kürdəmirdə dəhşətli qətl: öldürəcəm deyib hədələyirdi, axırda öldürdü

# 18:18
6 yanvar 2023

Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib.

6 yanvar tarixində gündüz saatlarında rayonun Şıxımlı kənd sakini, 1987-ci il təvəllüdlü Pərviz Qurbanov həyat yoldaşı, 1994-cü il təvəllüdlü Könül Qurbanovanı kəsici-deşici alətlə qətlə yetirib.

Meyit götürülərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə törədən Pərviz Qurbanov könüllü olaraq polisə təslim olub.

Sakinlərdən aldığımız məlumata görə, cütlüyün 6 illik evliklərindən 3 uşaqları var. İki qız, bir oğlan.

Yaxınları bildirib ki, Könül Qurbanovanı əri boğaz nahiyyəsindən bıçaqla vuraraq öldürüb.

Qətlə yetirilən qadının əmisi İnqilab Mövlayevin dediyinə görə, Pərviz Qurbanov içki düşkünü olub. Hətta bir neçə il qabaq içkini atmaq məqsədi ilə dispanserdə müalicə də alıb.

Cütlük evlilik dövründə tez-tez mübahisə edirmiş. Buna gör də boşanma qərarına gəliblər. Bir müddət imiş ki, kişi arvadını öldürəcəyi ilə hədələyirmiş.

Faktla bağlı araşdırma aparılır.                                                                                                                                   

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR