Kürdəmirdə vətəndaşlar iki ildir ki, qapısı bağlı olan bağçanın açılmasını istəyir

# 13:56
30 iyul 2022

Kürdəmir rayonunda qapısı bağlı olan bağça və körpələr evi vətəndaşların narahatlığına səbəb olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Xırdapay kəndində yerləşən Mehman İslamov adına 8 saylı bağça və körpələr evi fəaliyyətini 2021-ci ilin May ayından dayandırıb. Buna səbəb isə tikilinin bərbad vəziyyətdə olmasıdır. Sakinləri narahat edənsə təmir adı ilə qapısına qıfıl vurulan bağçanın indiyədək bir çöpünün də yerindən tərpədilməməyidir. Sakinlər deyir ki, bağça bağlandıqdan sonra övladlarını məcburiyyət qarşısında qalıb kənddən bir necə kilometr aralıda yerləşən 5 saylı bağçaya aparmalı olurlar. Sakinlər deyir ki, bağçanın uzaq olması həm əlavə vaxt itkisinə, həm də artıq xərcə səbəb olur.

 

Qeyd edək ki,  sözügedən bağça və körpələr evi 1996-cı ildə istifadəyə verilib. Hazırkı bina 40 yerlikdir.  

 

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR