Laçın şəhərində Zəfər Günü ilə bağlı yürüş keçirilib
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Laçın şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub. Tədbirində ilk olaraq Dövlət Himni səsləndirilib. Daha sonra yürüş olub. “Bayraq meydanı”ndan start götürən yürüşdə hərbçilər, Laçın sakinləri hərbi orkestrin müşayiəti ilə Laçın şəhərinin “Seyrəngah” adlı ərazisinə qədər yürüş ediblər. Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bu gün həmçinin Bakıda, Gəncədə, Bərdə, Füzuli şəhərlərində və Zəngilan rayonunda hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunur.
Emin Babayev, Fəzail Səfərov, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib