Laçında 647 nəfərin daimi məskunlaşması təmin edilib
Fatma nənənin 98 yaşı var. O, ata-baba yurdu olan Laçından 68 yaşında çıxıb. Yaş üstünə yaş gəldikcə hər gün Laçına gedəcəyi günü, böyüyüb boya-başa çatdığı doğma el-obasına qovuşacağı günü gözləyirmiş. 70 yaşlı Rəhilə ana da uşaqlığını, gəncliyini Laçında dəfn edib, gələnlərdəndir. İndin isə qayıdır. Sevgi ilə, həyəcanla və sevinc göz yaşı ilə 30 il əvvəl məcburi şəkildə tərk etdiyi doğma torpağına geri dönür Bu balacalar isə heç görmədikləri ata-baba yurdlarına ayaq basacaqları anı səbirsizliklə gözləyirlər. Qeyd edək ki, Prezidenti İlham Əliyevin tapşırığı ilə yenidən qurulan Laçına bu gün növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 16 ailə, yəni 56 nəfər köçürülüb.Ümumilikdə isə Laçın şəhərində 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib. AYTƏN SAKİTQIZI ZİYA ALLAHYAROV APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu