Laçında həlak olan hərbçimiz Xaçmaz rayonunda dəfn edilib - APA TV

# 22:34
5 yanvar 2024

Laçın rayonu ərazisində hərbi avtomobilin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səxavət Axundovun cənazəsi doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Sayad kəndinə gətirilib.Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

19 yaşlı hərbçi ilə vida məraismi keçirildikdən sonra onun nəşi Sayad kənd qəbristanlığına aparılaraq dəfn edilib.Şəhidin məzarı üstünə əklil və gül dəstələri qoyulub,tabuta bükülmüş Azərbaycan bayrağı atasına təqdim edib. 19 yaşlı əsgərin atası,1-ci Qarabağ Müharibəsi iştirakçısı Fərasət Axundov oğlu ilə qürur duyduğunu bildirib.

Qeyd edək ki,ailənin son beşiyi olan Səxavət Axundov xidmətə 2022-ci ilin oktyabrında yollanıb və bu ilin aprel ayında hərbi xidməti başa vuracaqdı. Xatırladaq ki, yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

Cəfər Talıb,

APA TV - Xaçmaz

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR