Lavrov Ermənistana səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov iyunun 10-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı XİN başçıları Şurasının iclasında iştirak edəcək.
İclas iştirakçıları Ermənistanın təşkilata rəhbərlik etdiyi dövrdə KTMT çərçivəsində çoxtərəfli əməkdaşlığa yekun vuracaqlar və gələcək əməkdaşlığı müzakirə edəcəklər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu