Lənkəran polisi narkotik satan şəxsləri YAXALADI
Lənkəranda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı keçirilən növbəti əməliyyat tədbirləri zamanı daha 8 nəfər saxlanılıb.
APA TV-nin xəbərinə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini, əvvəllər də məhkum olunmuş Azər Talıbov saxlanılıb. Onun əlindəki torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 7 nəfər rayon sakini saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu