Lənkəran sakini həmkəndlisinin evini soydu
Lənkəranda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb.
Rayonun Separadi kənd sakini, əvvəllər məhkum olunmuş Faiq Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman onun üzərindən heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oğurluq əməlinin də üstü açılıb. Faiq Cəfərovun həmkəndlisinə məxsus fərdi yaşayış evinə gecə saatlarında girərək oradan 900 manat dəyərində müxtəlif məişət əşyalarını oğurladığı müəyyən edilib.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.