Lənkəran sakini traktorun altında qalaraq öldü
38 yaşlı Lənkəran sakini traktorun altında qalaraq dünyasını dəyişib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Liman şəhəri ərazisində, Boladi kənd sakini 1982-ci il təvəllüdlü Famil Musayev ehtiyatsızlıqdan həmkəndlisi, Mikayıl Məlikzadənin idarə etdiyi qoşqulu traktorun təkəri altında qalıb.
Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Famil Musayevin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Bədbəxt hadisənin hansı şəraitdə baş verdiyi hələlik dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi