Lənkəranda 30 minə yaxın sakinə xidmət edən məntəqə qəzalı vəziyyətdədir

# 17:07
16 dekabr 2022

Lənkəranda Şağlaser kənd Ailə Sağlamlıq Mərkəzinin korpuslarından biri dağılmaq üzrədir.

 

Binanın digər iki korpusu isə qismən qəzalı vəziyyətdədir. Binanın bu vəziyyəti burada çalışan həkimlərin işini də çətinləşdirir. Şəraitsizliyə görə, tibbi heyət əhaliyə keyfiyyətli xidmət göstərə bilmir.

 

Mərkəzin baş həkim əvəzi bildirir ki, hazırda mərkəzdə 39 tibb işçisi çalışır. Onlardan biri həkim, biri stomatoloq, digərləri orta tibb işçiləridir.

 

Korpuslar 60 – 80 – ci illərdə tikilib və əhalinin istifadəsinə verilib. Əvvəllər 25 çarpayılıq olan xəstəxanada sonradan ehtiyac yarandığı üçün çarpayıların sayı 50 çatdırılıb.   Mərkəzin qəzalı vəziyyəti ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılsa da hələ ki, bir nəticə əldə edilməyib.

 

Qeyd edək ki, Şağlaser kənd Ailə Sağlamlıq Mərkəzi, Lənkəranın dağlıq kəndləri də daxil olmaqla, 10 – a yaxın kənddən təqribən 30 minə yaxın əhaliyə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR