LƏNKƏRANDA AĞIR YOL QƏZASI BAŞ VERİB

# 07:22
30 avqust 2022

Lənkəran şəhərinin Nizami küçəsində Opel və Vaz 2107 markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralıların kimliyi məlum olub. APA -nın verdiyi məlumata görə Opel markalı avtomobilin sürücüsü, Lənkəran rayon Şovu kənd sakini 1968 il təvəllüdlü Natiq Bayram oğlu Rüstəmov hadisə yerində dünyasını dəyişib. Vaz 2107 sürücüsü, Lənkəran şəhər sakini 2001 - ci il təvəllüdlü Əli Rasim oğlu Rufullazadə və sərnişinlər 2000 - ci il təvəllüdlü Abbas Etibar oğlu Quluzadə və 1998 - ci il təvəllüdlü Ülvi Ağakamal oğlu Bayramzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Ülvi Bayramzadənin vəziyyəti ağır olduğundan, o reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda baş verən qəza ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR