Minik avtomobilləri toqquşdu, biri yandı – DƏHŞƏTLİ QƏZA

# 19:26
13 iyul 2022

Göyçayda toqquşan avtomobillərdən biri yanıb, xəsarət alan var. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Şıxbəy kəndindəki yolkənarı kol-kos ərazidə yanğın baş verib. Alov böyük ərazidə olduğu üçün yaranan tüstü yolda olan nəqliyyat vasitələrinin hərəkətinə mane olub, avtomobil qəzası baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü İlqar Vəliyev "AzSamand" markalı minik avtomobili ilə hərəkətdə olarkən tüstü səbəbindən yolu görməyib və qarşıdan gələn "QAZ 3110" markalı minik avtomobili ilə toqquşub. "AzSamand" markalı minik avtomobili zərbənin təsirindən yoldan çıxaraq yanğın baş verən kol-koslu əraziyə düşüb və yanmağa başlayıb. Hadisə zamanı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə gələn həkimlər xəsarət alan sürücü İlqar Vəliyevə tibbi yardım göstəriblər. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR