Lənkəranda partlayış: yaralanan var

# 16:17
18 yanvar 2023

Lənkəranda bərbərxanada partlayış olub.

Hadisə "Ləvəngi" dairəsində qeydə alınıb. 28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya daxil olub. Bərbərxananın işıq lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə Məhərrəm İsazadə yanıq xəsarətləri alıb.

Xəsarət alan Məhərrəm İsazadə Təcili Tibbi  yardım avtomobili Lənkəran rayonun mərkəzi  xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, ilkin araşdırmalar zamanı partlayışın səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borusunda olan sızıntı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR