Lənkəranda qazilər üçün psixoloqun iştirakı ilə qrup terapiyaları təşkil olundu
Lənkəranda "II Qarabağ müharibəsi qazilərinin asudə vaxtının təşkili və motivasiya düşərgəsi" adlı 6 günlük layihə yekunlaşıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, 18-23 fevral tarixlərində keçirilən layihə çərçivəsində qazilər üçün əyləncə saatları, öyrədici təlimlər, ekskursiyalar, habelə psixoloqun iştirakı ilə qrup terapiyaları təşkil olunub. 30 nəfər Vətən müharibəsi qazisi üçün peşəkar təlimçilərin iştirakı ilə treninqlər, motivasiya xarakterli görüşlər keçirilib. Düşərgə zamanı qazilərimizin bir-biri ilə tanışlıqlarının yaranması və asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaradılıb.
Düşərgənin yekununda qazilərə sertifikatlar təqdim olunub.
Lənkərandan sonra Quba, Qusar rayonlarında analoji düşərgənin təşkil olunması planlaşdırılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV, Lənkəran
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu