Bank Of Baku

Lənkəranda qəsəbə sakini heroinlə tutuldu

# 17:47
29 mart 2021

Lənkəranda yaşayış evindən 2 kiloqramdan artıq narkotik aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nərimanabad qəsəbə sakini Emil Quliyev saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan heroin, metamfetamin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Emil Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 555 qram heroin, 510 qram metamfetamin də tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR