Lənkəranda şəhid övladları üçün “Açıq qapı günü”
Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhid övladları üçün “açıq qapı günü” keçirilib.
APA TV – nin yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində baş tutan tədbir Zəfər Gününə həsr olunub.
Bu Vətən müharibəsi şəhidlərinin övladları üçün keçirilən sayca dördüncü “açıq qapı günü” dür.
Tədbirdə FHN-in dəvəti ilə Azərbaycanda olan türkiyəli psixoloqlar uşaqlarla fərdi söhbətlər aparıb, maraqlı psixoloji oyunlar keçiriblər.
“Açıq qapı günü”ndə xilasedicilərin nümunəvi təlimi uşaqlarda böyük marağa səbəb olub.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq KİV vasitəsilə yayır.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu