“Limonçik Əli” həbsdən buraxıldı
İki ay əvvəl Rusiyada həbs edilən “Limonçik Əli” adı ilə tanınan azərbaycanlı yeniyetmə Əli Həsənov azadlığa buraxılıb.
Bu barədə Lent.az-a Rusiyada yaşayan həmyerlilərimiz məlumat verib.
Onların dediyinə görə, “Limonçik Əli” sərbəst buraxılsa da onun anası hələ də həbsdədir.
Qeyd edək ki, sosial şəbəkələrdə “Limonçik Əli” adı ilə fenomenə çevrilən Əli Həsənov bu ilin mart ayında Rusiyada anası ilə birgə həbs edilmişdi.
Rusiya televiziyalarının yaydığı xəbərə görə, Əli Həsənovun anası yeni doğduğu körpəni küçəyə atıb. Hadisə baş verən zaman Əli Həsənov da anası ilə birgə olub. Buna görə də onların hər ikisini polis saxlayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu