Lüləli kəndinin “it meydanı”nından Reportaj

# 21:08
13 oktyabr 2021

Bir neçə gün bundan əvvəl kadrlarda gördüyünüz bu kənd ölkə gündəmini zəbt etmişdi. Qisa müddətdə Göygölün Lüləli kəndinin adını yəqin ki, eşitməyən qalmadı. Bəli, həmin o kənddir ki, orda özünə başqa əyləncə tapmayan bir qrup camaat it boğuşdururdu. Əməkdaşlarımız “it meydanı” ilə məşhur olan həmin o Lüləli kəndində olublar.

Yarış vaxtı meydanları dolduran kənd camatından heç kim ortaya çıxmasa da çobanlıq edən Xəqani Əkbərov bizimlə həmsöhbət olmaqdan çəkinmədi. Xəqani Əkbərov 30 il yaxındır ki, heyvandarlıqla məşğul olur. O deyir ki, Azərbaycanın hər bir bölgəsində it yarışların keçrilməsi  dədə-babadan qalıb. 

Yayılan videolarla bağlı keçirilən əməliyyat – axtarış  tədbirləri  zamanı həmin it döyüşlərini təşkil edən  Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev yaxalanıblar. Yaxalanan şəxslər mməllərini etiraf edib. Heyvanlara verdikləri bu əziyyət az deyilmiş kimi, hələ əlavə eləyiblər ki, bəs yarışa qoşulmaq istəyən hər it sahibindən 200 manat pul alıblar.

Düzdür, polis əməkdaşları it yarışlarını digər iştirakçılarının şəxsiyyətlərinin müəyyən edilməsi üçün tədbir görürlər.

Amma baş verən hadisə heyvansevərləri də narahat edib. “Alyans” Canli Aləmin Mühafizəsi İctimai Birliyin sədr müavini Mənsurə Rəsulzadə bildirir ki, belə yarlışların keçrilməsi heyvanların hüquqlarını ciddi şəkildə pozmaq deməkdir.

Yarışlarda itlər zədələnir, hətda itlərin arasında ölənlərdə olur. Bəs görəsən insanların belə yarışların keçirilməsinə münasibəti necədir?

 

Xatırladaq ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Göygöl

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR