Maestro Niyaziyə həsr olunan monoqrafiya çap olundu - TÜRKİYƏDƏ 

# 17:30
20 avqust 2021

Türkiyədə dahi Azərbaycan dirijoru Maestro Niyaziyə həsr olunan geniş həcmli monoqrafiya çap olunub. 

 

APA TV-nin məlumatına görə, monoqrafiyada, əsasən, Sovet dövründə Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında Maestronun rolu, 1960 və 1980-ci illər arasında Türkiyədəki yaradıcılıq fəaliyyəti mədəniyyət diplomatiyası kontekstində təhil olunub. Üç fəsildən ibarət olan monoqrafiyada Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyəti musiqişünaslıq nöqteyi-nəzərdən geniş şəkildə tədqiq olunub.  Eyni zamanda Azərbaycan xalqının və müstəqil Azərbaycan Respublikasının dahi Maestronun musiqi mirasına və xatirəsinə verdiyi qiymət faktlar əsasında xüsusi qeyd olunub.

 

Kitabın müəllifi Ecem Tuğçe Akbulut  maestronun adının əbədiləşdirilməsi üçün də addımlar atmaq arzusundadır.

 

Maestro Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR