Mağazadan oğurladığı pulu əylənməyə getdi

# 12:41
9 fevral 2022

Zaqatalada mağazadan pul oğurlayan şəxs saxlanılıb.

Zaqatala rayonu Qımır kəndi ərazisində yerləşən mağazadan gecə saatlarında oğurluq edilməsi ilə bağlı Polis Şöbəsinə müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Muxax kənd sakini, 24 yaşlı Arif Aslanov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı 1150 manat pulun yarısını öz əyləncəsinə xərclədiyini bildirib.
 

Davam etdirilən tədbirlərlə pulun qalan hissəsi saxlanılan şəxsin yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Arif Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.


Vüqar Heydərov, Əhməd Fərruxoğlu  APA. TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR