Magistral qaz xətti bu kəndin ərazisindən keçsə də, kənddə qaz tapılmır
Masallı rayonunun Rüdəkənar kəndinin sakinləri uzun illərdi ki, evlərini odunla qızdırırlar.
30 il əvvəl ətrafda olan kəndləri qazlaşdırmaq üçün çəkilən magistral qaz xətti bu kəndin ərazisindən keçsə də kənddə mavi yanacaq yoxdu. Sakinlər deyir ki, qış aylarında oduna olan tələbat çoxalır, sərt qışı keçirtmək üçün evlərin hərəsinə 2 – 3 maşın odun gətirmək lazımdır. Elə ev də olur ki, 3 maşından da çox odun tələb olunur. Bu da kənddə yaşayan sakinlərə sərf eləmir. Həm də meşədən odun qırmağı icazə vermirlər.
Odun almağa pul tapmayanlar isə həyətyanı sahələrində meyvə ağaclarını kəsməyə məcbur olurlar.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin
rəhbəri Eldəniz Vəliyev bildirib ki, kəndin qazlaşdırılması məsələsi gündəmdədir.
Qeyd edək ki, hazırda Rüdəkənar kəndində 300 - ə qədər təsərrüfat var. Hər ailə bir il ərzində oduna 1000 – 1200 manata qədər pul xərcləyirlər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi