Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə - QAYDALAR AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.
DİM-dən APA TV-yə verilən xəbərə görə, jurnalda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində təqdim edilib.
Jurnalı “Abituriyent” satış köşkündən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu