Manikürə gedən 17 yaşlı qız YOXA ÇIXDI: anası axtarır...
Bakıda yeniyetmə qız itkin düşüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, 17 yaşlı Məmmədəliyeva Elnarə Rizvan qızı mayın 27-i saat 15 radələrində Nərimanov rayonu ərazisində itkin düşüb.
Məlumata əsasən, Elnarə Məmmədova Qara Qarayev prospektində kirayə yaşadığı evdən Nərimanovdakı gözəllik salonlarından birinə dırnaq düzəltdirmək üçün gəlib. Ancaq oradan çıxaraq, itkin düşüb.
Bu barədə onun anası Elnarə Qəmbərova polisə müraciətində bildirib.
Faktla bağlı araşdırma aparılır.