Marketdən yeşik oğurladı, tutulmasın deyə özünü öldürdü
Bu gün səhər saatlarında N.Nərimanov rayonunda intihar hadisəsi baş verib.
APA TV Kriminalqafqaz-a istinadən xəbər verir ki, 39 yaşlı Xalid İsmayılov paytaxtın Sabit Rəhman küçəsində yerləşən supermarketin qarşısında bıçaqla özünə çoxsaylı xəsarətlər yetirərək intihar edib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, Xalid İsmayılov həmin küçədəki supermarketin qarşısına yığılmış və ərzaq məhsulları üçün nəzərdə tutulmuş yeşikləri oğurlamaq istəyib. Bu zaman supermarketin mühafizəçiləri onu görüblər və yaxalamağa çalışıblar. Mühafizəçilər tərəfindən tutulacağını görən şəxs üzərindəki bıçağı çıxararaq özünə xəsarətlər yetirib. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu