Marsda skeletə bənzər strukturlar aşkarlandı

# 15:15
14 aprel 2023

NASA-nın hazırda Mars planetində fəaliyyət göstərən "Curiosity" aparatı skeletə bənzəyən qəribə strukturlar aşkarlayıb.

Bu barədə "Dailymail" məlumat yayıb. Mütəxəssislərdən biri görünütüləri şərh edərək deyib ki, bu onun indiyədək qırmızı planetdə gördüyü ən qəribə strukturdur.

Robot tərəfindən çəkilən fotoya düşən qaya normal avtomobil ölçüsündə olub. O, 96 mil (154 km) uzunluğundakı Qeyl kraterinin dibində imiş. Sünbülə bənzər qayadan olan ideal çıxıntılar bir sıra suallar yaradıb.

Foto aprelin 1-də çəkilib və hazırda qayanın təbii proseslər nəticəində bu hala düməsi və ya hansısa sensasiyalı orqaniq qalıqlar olması ilə bağlı çoxsaylı fərziyyələr irəli sürülür.

Qeyd edək ki, "Curiosity" NASA-nın Mars Elm Laboratoriyası (MSL) missiyasının bir hissəsi olaraq 2012-ci ilin avqust ayından etibarən Qeyl kraterində araşdırmalar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR