Masallı polisi əməliyyat keçirdi – QANUNSUZ OV EDƏNLƏRƏ QARŞI
Masallı polisi qanunsuz ovla məşğul olan daha 3 nəfəri saxlayıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbir zamanı rayonun Təzəkənd kəndi ərazisində müvafiq icazəsi olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri Xəyal Əliyev, Rahim Şükürov və Vüsal Ağayev yaxalanıb. Onlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, Rahim Şükürovdan isə müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi götürülüb.
Hər üçü barəsində protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü