Masallıda 7 il əvvəl itkin düşən 15 yaşlı qızı görün kim öldürübmüş - TƏFƏRRÜATLAR
Masallıda 7 il əvvəl itkin düşdüyü bilinən 15 yaşlı qızın öldürüldüyü faktı ortaya çıxıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Təklə kənd sakini, 2000-ci il təvəllüdlü Səidə Fərhad qızı Cəfərova 2015-ci ilin iyul ayında itkin düşüb. Ötən gün isə yeniyetmənin öldürüldüyü məlum olub. Naməlum şəraitdə baş verən hadisədən təxminən 7 il sonra qızın həmkəndlisi, birlikdə böyüyüb boya-başa çatdığı əmisi oğlu, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Mərhumun ailəsinin də əsas şübhələndikləri şəxs Əfrayıl olub.
Hazırda meyitin aşkarlanması istiqamətində işlər aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı
DİGƏR XƏBƏRLƏR

Paytaxtın 20 kilometrliyində - Qobuda infrasrtuktur kabusu

Gəncə məhz bu səbəblərə görə paytaxt seçildi

İki cəbhə, bir gerçək - Rusiya-Ukrayna müharibəsi davam edir - Şərhçilər nə deyir?
