Masallıda uyuşdurucu vasitə ilə tutuldu, oğurluq etdiyi də üzə ÇIXDI

# 13:09
15 oktyabr 2022

Masallıda, narkotik vasitə ilə saxlanılan şəxsin oğurluq əməllərinin üstü də açılıb.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini Rövşən Atakişiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Ətrafında aparılan əməliyyat - axtarış tədbirləri nəticəsində onun iki oğurluq əməlinin də üstü açılıb. Belə ki, Rövşən Atakişiyevin Masallı şəhəri ərazisindəki çay evlərindən birindən 1000 manat dəyərində 2 ədəd samovar və Musaküçə kəndindən isə bir ədəd dana oğurladığı müəyyən edilib. 

Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi digər əməliyyat nəticəsində rayonun Şıxlar kənd sakini Zahid Alışov da saxlanılıb. Narkotik vasitələrin satışından şübhəli bilinən həmin şəxsin üzərindən hazır bükümlərdə qablaşdırılan heroin aşkarlanaraq götürülüb. Onun evindən isə 147 qramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Hazırda faktlarla bağlı araşdırma aparılır.

 

 

İlkin Rzayev,

Rövşən Almazoğlu,

APA TV Masallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR