Maşınından 16 kq-dan çox uyuşdurucu vasitə çıxdı

# 18:12
17 yanvar 2022

Cəlilabadda 16 kiloqramdan artıq narkotik aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş İkram Alməmmədov Cəlilabad şəhəri ərazisində Biləsuvar rayon sakini Əfşari Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin avtomobildən İkram Alməmmədova məxsus torbadan ayrı-ayrı bükümlərdə ümumilikdə 14 kiloqram 725 qram narkotik vasitə heroin və 1 kiloqram 355 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı hər iki şəxs barəsində araşdırma aparılır.

 

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Cəlilabad

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR