Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

# 20:13
29 mart 2023

Müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrlə görüşüb. Görüşdən əvəl nazir Akademiyanın foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, ruhunu ehtiramla yad edib.

“Heydər Əliyev ili” çərçivəsində  keçirilən tədbirdə çıxış edən nazir bildirib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Bundan başqa, nazir onu da bildirdi ki, hazırda Azərbaycan İsraillə birlikdə Pilotsuz Uçuş Aparatı istehsal edir. Çünki müasir müharibələrdə insansız idarə olunan silahlar çox önəmlidir. Mədət Quliyev qeyd edib ki, gələcəkdə Azərbaycandan tələbələri ABŞ və Türkiyəyə müdafiə sənayesi sahəsində təcrübəyə göndərməyi planlaşdırırlar. O bildirib ki, Azərbaycan müdafiə sənayesi sahəsində böyük inkişaf yolu keçir. Nazirlik Türkiyə, İsrail və bəzi ölkələrlə bu sahədə sıx əməkdaşlıq qurub.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd müasir gənclərə Heydər Əliyevin Azərbaycan dövləti üçün gördüyü əvəzsiz xidmətləri aşılamaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR