Məhkəmə Bərdədə məktəbli qızı zorlayan şəxslər barəsində qərar verdi
Bərdədə məktəbli qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər həbs edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı APA TV-nin sorğusuna cavab olaraq bildirib ki, yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Faktla bağlı cinayət işi başlanılıb. Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakinləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu