Məhkəmə Nazirliyin sabiq aparat rəhbəri barədə qərar verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV xəbər verir ki, iclasda təqsirləndirilən şəxs son söz deyib. O, son sözündə məhkəmədən yaşını və fəaliyyətini nəzərə alaraq ədalətli qərar qəbul etməyi xahiş edib.
Daha sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, Əjdər Ol vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib