Məhkəmə sədrindən gözlənilməz addım

# 15:59
16 mart 2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Sənan Abdullayev və İlqar Atayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

 APA TV xəbər verir ki, məhkəmə prosesinə sədrlik edən hakim Rəşad Əliyev özünə etiraz edib. O, etirazını onunla əsaslandırıb ki, təqsirləndirilən şəxslərdən biri onun və qohumlarının uzun illər yaxın tanışlıq münasibətləri olduğundan, iş qeyri-obyektiv qərar kimi qiymətləndiriləcək.


Etiraz təmin olunub, cinayət işinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınıb.


Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR