Məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə Yasamal rayonu da qoşuldu

# 14:04
30 aprel 2021

Nizami və Nəsimi rayonlarından sonra, may ayının 1-dən Yasamal rayonu da qoşulacaq

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə Nərimanov, Nizami və Nəsimi rayonlarından sonra, may ayının 1-dən Yasamal rayonu da qoşulacaq.

 

BŞİH-nin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, layihənin tələblərinə uyğun olaraq ilk növbədə Yasamal rayonu ərazisində 460 ədəd konteyner meydançası yaradılaraq bura yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb.

Əraziyə cavabdehlər təyin olunub.

 

Vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.

 

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

 

Layihə barədə vətəndaşların məlumatlandırılması məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar. Təbliğat və maarifləndirmə işlərinin KİV-lərdə də geniş aparılmasına başlanılıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR