Məktəbdə müəllimi döyən şəxs həbs olundu
Dünən sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 22 yaşlı Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.
Fakt üzrə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə həbs edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda hərbçilərin təntənəli yürüşü – MARAQLI VƏ QÜRURVERİCİ KADRLAR
Bu yerdə qarın hündürlüyü 29 santimetrə çatdı – Qarşıda bizi NECƏ GÖZLƏYİR?”
Şəhidlər xiyabanından başlayan YÜRÜŞ BÖYÜK ÇOŞQU İLƏ QARŞILANDI