Məktəbdə şagirdlər bir-birini niyə bıçaqladı?
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.
Daxili İşlər nazirliyindən və Təhsil Nazirliyindən APA TV-yə verilən məlumata görə hazırda faktla bağlı araşdırma aparılır. Məsələ araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderimizin abidəsini ziyarət ediblər
Prezident TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib